Aktyor həyat yoldaşını güllələdi (FOTO)

Tapanca

Arvadının ölümündə şübhəli bilinən amerikalı aktyor Maykl Ceys həbs edilib.
XALQ.AZ-ın məlumatına görə, “Qalxan” filmi ilə populyarlaşan aktyor həyat yoldaşı Eyprili güllələyərək qətlə yetirib.

Törətdiyi cinayət barədə Makl özü polisə xəbər verib. 48 yaşlı aktyor 911 xidmətinə zəng vuraraq, operatora həyat yoldaşını güllələdiyini bildirib.

Hadisə yerinə gələn polislər 40 yaşlı qadının cəsədini evin girişində aşkarlayıblar. Hadisə yerində həmçinin aktyora məxsus olduğu ehtimal edilən tapança tapılıb.

Qətlin səbəbləri hələ məlum deyil.

Aktyor