Alı Alıyev məcburi köçkünə divan tutur-Şikayət

ali

Horadizdən məcburi köçkün prezident İlham Əliyevə Füzuli İcra başçısı Alı Alıyevdən şikayət ünvanlayıb.

XALQ.AZ şikayət məktubun  olduğu kimi təqdim edir;

Qeyd edək ki, Füzuli rayon İcra Hakimiyyətindən şikayətlə bağlı  heç bir açıqlama verilmədi

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

CƏNAB İLHAM ƏLİYEVƏ

 

FÜZULİ RAYON HORADİZ ŞƏHƏR SAKİNİ

RZAYEV QALİB TELMAN OĞLU TƏRƏFİNDƏN

 

Ə R İ Z Ə

Hörmətli Cənab Prezident, 14 noyabr 2016 – cı il tarixdə Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 3 milyon manat pul ayırdığınıza görə sizə öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Cənab Prezident, ayrılan pul həyat şəraitimizin dahada yaxşı olması üçün, bizim həyatımıza abadlıq, rahatlıq gətirmək əvəzinə, bəzi iş yarıtmaz kiçik məmurlar tərəfindən bunun əksi başımıza gəldi. Belə ki, həyətimizdəki yaşıllıqlar məhv edildi, bu il sizin tapşırdığınız baramaçılığın və ipəkçiliyin inkişafı üçün mövcud tut ağaclarının qorunması və yenilərinin əkilməsi əvəzinə tut ağacları kökündən kəsildi, dünyada və Azərbaycanda maliyyə sıxıntısı olan bir dövrdə cəpərlərimiz dağıdıldı, bəzilərimizin bu çətin zamanda yenidən tikə bilməyəcəyimiz həyətyani tikililərimiz dağıdıldı. Hansı ki, orada sakinlər ailə büdcəsinə kömək ola biləcək toyuq, cücə, müxtəlif ev quşları saxlayırdı. Cənab Prezident, bunlarla bağlı 08 dekabr 2016-cı il tarixdə Füzuli Rayon İcra Hakimiyyətinin Başçısının yanında olmuşam, İcra Başçısı iş icraçılarına dağıdılmış çəpərimizin düzəldilməsin tapşırıb (Təsüflər olsun ki, kəsilmiş ağacları bərpa etmək mümkün deyil) . Ancaq bu günə qədər bizə vurulmuş ziyan bərpa olunmayıb. Ola bilsin ki, sizə müraciət etdiyimə görə, bu şəkilləri sizə göndərdiyimə görə dahada cox hücümlara, ziyanlara məruz qala bilərəm. Ancaq mən inanıram ki, siz hər bir Azərbaycanlının Prezidentisiniz. Və sizə haqlı müraciət edən vətəndaşların tərəfindəsiniz.

 

RZAYEV QALİB TELMAN OĞLU

 

1 2 11 22 33

Scroll to top