Alı Alıyevdən fermerlərə “rusum”

55

Füzulinin icra başçısı payız şumunun qiyməti qaldırıldı

 Füzuli rayonunda fermerlər payız şumuna başlaya bilmirlər. Buna səbəb isə icra başçısı Alı Alıyevin göstərişinə əsasən kənd təsərrüfatı texnikasından istifadənin qiymətinin artırılmasıdır. Bu barədə Xalq.az-ya verilən məlumatda deyilir ki, hal hazırda hər hektar üçün şum vurulmasının qiyməti 60 manata qaldırılıb. Halbuki keçən il bu rəqəm 40 manat təşkil edib.

Məlumatlarda vurğulanır ki, hazırkı məqamda belə bir vəziyyətin yaradılması fermerlər tərəfindən narazılıqla qarşılanıb. Onlar əlverişli şəraitdə qiymətlərin süni şəkildə qaldırılmasına etiraz etməklə yanaşı, bu addımın atılmasını başa düşmədiklərini də vurğulayırlar. Fermerlər deyirlər ki, Alı Alıyevin pul qazanmaq həvəsinin onların başında çatlaması heç də yaxşı hal deyil. Onlar əsas dolanışıqlarının məhz taxılçılıq və əkinçilik olduğunu deyərək bildirirlər ki, zatən, ötən il təyin olunmuş qiymətlər belə onlar üçün sərfəli deyildi. Bir də bunun üzərinə daha 20 manatın əlavə olunması isə onları lap çıxılmaz vəziyətə salır ki, fermerlər də bu vəziyyətlə barışmaq fikrində olmadığını qeyd edirlər.

Xatırladaq ki, bu, Füzulinin icra başçısının ilk əməli deyil. Hələ bir müddət əvvəl Alı Alıyev həmçinin sahibkarların da başına oyun açmışdı. Belə ki, icra başçısı adamları vasitəsi ilə Rusiyada yaşayan imkanlı füzulilərin yanına emissar göndərərək, onları rayona investisiya qoymağa dəvət etdirmişdi. Həmin sahibkarlar da rayona gələrək, istehsal və xidmət sahələri yaratmağa başlamışdılar. Amma bir müddət sonra icra başçısı bu obyektləri onların əlindən almağa nail olmaqla yanaşı, həm də onları rayondan çıxarmağa da nail olmuşdu. 

Görünür, Alı Alıyevin dişinin dibində iştəhası hələ də qalır. Və o səbəbdən də eyni oyunu fermerlərə qarşı oynamağa başlayıb.

 

Bölgələrin sosial-iqtisadi inkişafı dövlət proqramı ilə bağlı ölkə başçısı bir sıra tədbirlər həyata keçirir və sərəncamlar imzalayır. Prezident öz çıxışlarında bildirir ki, bölgələrdə sağlam rəqabət təqdirəlayiqdir.Lakin bu rəqabətdən kənar gəzən Alı Alıyev sadəcə öz büdcəsini artırmaqla məşquldur. Fermerlərlə və iş adamları ilə sövdələşmələrə gedərək yenədə öz maraqları dairəsində fəaliyyət göstərir. Belə ki,Fizulili iş adamları və fermerlər tərəfindən Xalq.az daxil olan məlumatlarda vurğulanır ki, əkinçiliklə məşqul olan kənd əhalisinində şəxsi büdcəsini Alı Alıyev göz dikib.

 

P.S Görünür Alı Alıyev Prezident tərəfindən rayona ayrılan pullarla kifayyətlənməyib başqalarınında qazancına şərik olmaq fikrindədir.

 

span lang=”EN-US” style=”font-size: 14.0pt; font-family: Arial; mso-ansi-language: EN-US;”

/span