Alı Alıyevin 6 milyon manatlıq mənimsəmə

 

41

Fizulinin icra başçısı təkcə Horadiz qəsəbəsinə ayrılmış 6 milyon manatı mənimsəyib

Fizuli rayon İcra Hakimiyyəti başçısı Alı Alıyevin nələr etdiyinə dair mətbuatda çox yazılıb. Həmin məlumatlarda rayonda baş alıb gedən özbaşınalıqlarla yanaşı, həm də total korrupsiya hallarının da açıq şəkildə diqqət çəkdiyi vurğulanırdı.

Araşdırmalara görə isə bu korrupsiyanın konkret mənbələri üzə çıxıb. Belə ki, Alı Alıyevin mənimsədiyi milyonların əsas hissəsi təmir-tikinti üçün ayrılmış pullardan ibarət olub. Araşdırmalara görə, rayonun Horadiz qəsəbəsində evlərin əsaslı təmiri üçün ötən il 6 milyon manat pul ayrılıb. Həmin pulun 2,1 milyon manatı şəhərdəki 88 yaşayış evinin bərpa edilməsinə sərf olunduğu sənədlərdə göstərilir. “Perlit” MMC tərəfindən həyata keçirilən bu işlərin hansı səviyyədə reallaşdığı isə göz qabağındadır.

Araşdırmalara görə, bu pulun heç 50 faizi təmir-tikinti işlərinə sərf olunmayıb. Həmin büdcə vəsaitlərinin böyük qisminin Alı Alıyev tərəfindən mənimsənildiyi vurğulanır. Görülən işlərin bir qismi isə yerli idarə və müəssisə rəhbərlərinin vəsaiti hesabına baş tutub.