Alı Alıyevın öz qanunları var

97

 

Rayon təhsilində və başqa sahələrdə yaranan korrupsiya hallarının başında məhz icra başçısının durduğu deyilir

“İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, incidilməməlidir… Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazokarlıq və insanlara xidmət!”. Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirdiyi bu fikirlər bir daha təsdiqləyir ki, bəzi icra başçılarının fəaliyyətində ozbaşınalıq halları mövcuddur. Lakin prezidentin səsləndirdiyi bu fikirlər görünür icra başçıların heç də qorxudmur. Əksinə regionlarda prezidentin etimadını doğrultmaq əvəzinə onlar rəhbərlik etdikləri rayonları talamaqla məşğuldurlar. Bununla da bir çox icra başçıları dövlət başçısını yerli əhali arasında nüfüzdan salırlar. Çünki onların vətəndaşlara qarşı anormal rəftarı və incidilməsi sonda əhalinin hakimiyyətə qarşı inamsızlığına yol açır. Füzilinin icra başçısı Alı Alıyevin adı isə belə icra başçıları sırasında xüsusi statusa malikdir. Biz ötən saylarımızda da məlumat vermişdik ki, Füzulinin icra başçısı Alı Alıyevin adı tez-tez korrupsiya qalmaqallarında hallanması artıq adi hala çevrilib. Lakin buna baxmayaraq Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin “krışalığı” altında olan Alı Alıyevə nədənsə gözün üstə qaşın var deyən tapılmır. Bu gün isə Füzilinin icra başçısı Alı Alıyev barədə 30gun.az-a yeni məlumatlar daxil olub. Məlumatlara görə, bir müddət əvvəl dövlət başçısı İlham Əliyev Horadiz şəhərində erməni işğalı zamanı dağıdılmış evlərin bərpasına dair əlavə tədbirlər haqqında sərəncamından irəli gələrək, Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 227 yaşayış evinin 3 çoxmənzilli binanın bərpa edilməsi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 6 milyon manat vəsait ayrılıb. Amma Alı Alıyev Prezidentinin Ehtiyat Fondundan ayrılan 6 milyon manat vəsaiti özünə xas formada mənimsəyib.
30gun.az-dan Azerinews.org-a daxil olan məlumatlarda bildirilir ki, aparılan təmir və bərpa işləri zamanı ziyan dəymiş insanlardan evlərin təmir olunması qarşılığında rüşvət tələb olunub. Alı Alıyevin göstərişi ilə ayrılan həmin pullar mənimsənilib. Horadiz şəhərində evlərin yenidən bərpasına başlansa da, aparılan təmir -bərpa işləri zamanı bir sıra korrupsiya hallarına və qanun pozuntularına ciddi şəkildə da yol verilib. Belə ki, evləri təmir olunacaq şəxslərdən evin həcimindən-kv.metrindən asılı olaraq 1000-5000 AZN məbləğində rüşvətlə satılıb.
Redaksiyamıza daxil olan başqa məlumatlarda isə qeyd edilir ki, Füzuli rayonuna icra başçısı təyinat alan gündən Alı Alıyevin “ALMAZ”ı əməlli başlı parlayıb. Məlumatlara görə, 2011-ci ildə Almaz Həşimovanın bir zamanlar direktor olduğu Fizuli rayon 116 saylı Pesə məktəbində təmir işlərinin aparılması üçün ümumi qiyməti 39656,87 manat olan 10 tender keçirilib. Həmin tenderləri oxucuların diqqətinə bir daha təqdim edirik:Təhsil Nazirliyinin Füzuli rayon 116 saylı Peşə məktəbi Abadlıq işlərinin satın alınması “Valeh-H” MMC 2500;
Təhsil Nazirliyinin Füzuli rayon 116 saylı Peşə məktəbi Kommunikasiya və kommunla xidmətlərin satın alınması “Valeh-H” MMC 4000;
Təhsil Nazirliyinin Füzuli rayon 116 saylı Peşə məktəbi Cari təmir işlərinin satın alınması “Valeh-H” MMC 6000;
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması “Valeh-H” MMC 4000;
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi Avadanlıqların satın alınması “Nəfs-RR” MMC 4993;
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi Digər alışlar və xidmətlərin satın alınması “Nəfs-RR” MMC 2499;
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi Dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması \”Ülkər-H\” MMC 4699,92;
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi Yumşaq inventarların satın alınması \”Valeh-H\” MMC \”Ülkər-H\” MMC 2000;
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi Bərk inventarların satın alınması \”Ülkər-H\” MMC 3965;
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi Digər maşın və avadanlıqların satın alınması \”Ülkər-H\” MMC 4999,95;
Bu gün hər kəsə bəllidir ki, Azərbaycan rayonlarında peşə məktəblərinin yalnız adı qalıb. Özləri isə yoxdur. Bu barədə mənbə bildirir ki, əvvəla bu texniki peşə məktəbində güya görülən işlərin qiymətləri ən azı 4-5 dəfə şişirdilib. Bütün görülən iş isə ondan ibarət olub ki, 2011-ci ildə 116 saylı Peşə Məktəbi bir dəfə rənglənib. Yəni Almaz xanım və Alı Alıyev 10 tenderi sadəcə olaraq hardasa 200-300 manatla «bağlayıblar». Bildirilir ki, bütün pullar Almaz Həşimovaya məxsus olan şirkətlərə köçürülərək nəqdləşdirilib və mənimsənilib. Almaz Həşimova 116 saylı Peşə Məktəbindən təhsil şöbəsi müdiri vəzifəsinə gedərkən, peşə məktəbinə öz qohumunu təyin etdiyinə görə bütün «əməliyyatlar» problemsiz ötüşüb.
Bundan başqa 2011-ci ildə təhsil şöbəsinin digər «ehtiyaclarını» ödəmək məqsədi ilə daha 7 tender keçirilib. Qəribədir ki, yenə də eyni şirkətlər tenderi udublar və qazanan yenə də Almaz Həşimovla Alı Alıyev ikilisi olub. Həmin tenderlr aşağıdakılardır:
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Digər alışlar və xidmətlərin satın alınması \”Vusal-84\” FT MMC 7742;
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması \”Vusal-84\” FT MMC 13035;
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Avadanlıqların satın alınması \”Vusal-84\” FT MMC 7230;
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması \”Vusal-84\” FT MMC 48048,6;
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Avtomobil ehtiyat hissələrinin satın alınması \”Vusal-84\” FT MMC 6075
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Yumşaq inventarların satın alınması \”Vusal-84\” FT MMC 27030;
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Mal-materialların satın alınması \”Vusal-84\” FT MMC 7712;
Məlumatda göstərilir ki, «Vüsal84» MMC və \”Nəfs-RR\” MMC, \”Ülkər-H\” MMC firmaları 116 saylı peşə məktəbinin direktoru olduğu zaman Almaz xanımın adına olub. Sonradan həmin firmalar Almaz Həşimovanın ailə üzvlərinin adına keçirilib.
Mənbə bildirir ki, bundan başqa təhsil şöbəsinin xərclərinə 2011-ci ildə ayrı ayrı vaxtlarda 109642.6 manat pul ayrılıb. Yumşaq inventarların alınması üçün 27 min manat vəsait ayrılıb ki, Almaz xanım həmin puldan sadəcə öz kabinetinə mebel dəsti alıb. Birdə mühasibat otağına dəftərxana ləvazimatların yerləşdirmək üçün mebel alınıb. Yerdə qalan pul təhsil şöbəsinin bütün otaqlarını mebellə təmin edilməsi adı altında sənədləşdirilib. Əslində həmin köhnə mebellerə üzlük çəkilib və təzə adı altında yenidən sənədləşdirilib.
2011-ci ildə Almaz xanım \”Vusal-84\” FT MMC firmasının adı altında avtomobil hissərinin alınması üçün 6000 manat pul ayrılıb. Ayrılan puldan Füzuli rayon Təhsil şöbəsinə aid olan «Nissan» markalı maşına heç bir qəpik də xərc çəkilməyib. Bunu əvəzinə isə Almaz xanım özünün şəxsi «Pejo» markalı maşınını «Prado» markalı ciplə əvəz edib.
Mənbə həmçinin onu da bildirir ki, təhsil şöbəsinə dəftərxana ləvazimatı almaq üçün ayrılan 61083.6 manatdan hardasa min manatlıq dəftərxana ləvəzimatı alınıb. Qalan pullar isə yenə də şöbə müdiri ilə başçı arasında şərikli mal kimi bölünüb.
Məlumatda bildirilir ki, tenderlərə ayrılan vəsaitin heç 30 faizi təyinatına görə xərclənməyib və qalan pullar mənimsənilib. Bu korrupsiyada ən böyük dəstəkçisi və ortağı isə Alı Alıyev olub. Bildirilir ki, bu qədər korrupsiya və yolsuzluq ona görə mümkün olub ki, Fizuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev təhsil şöbəsinin müdiri Almaz Həşimovanın şərikli nümayəndəsi kimi çıxış etməsidir.
Oxucuların nəzərinə çatdıraq ki, Füzilinin icra başçısı Alı Alıyevin Musavat Partiyasının başqanı İsa Qəmbərə maliyyə dəstəyinin göstərilməsi barədə də ilginc məlumatlar daxil olub. Bu yöndə araşdırmalarımız davam etdiyindən yazını növbəti saylarımızda oxuya bilərsiz.

Məslə ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Azerinews.info