Allahşükür Paşazadə səfərdədir

45

 

Xalq.az Regional TV-yə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə aprelin 12-də respublikamızın şimal bölgəsinə səfər edib.

QMİ-nin sədrinin bölgəyə səfəri Şabran rayonundan başlanıb. Şeyxülislam Allahşükür Paşazadə əvvəlcə ümumilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Ardınca Heydər Əliyev Mərkəzində dini icmanın nümayəndələri ilə görüş keçirib.

Şeyxülislamın günün ikinci yarısında Siyəzəndə dini icma nümayəndələrinin iştirakı ilə müşavirə keçirəcəyi planlaşdırılır.