Alman cütlük azanı məhkəməyə verdi

Azan

Türkiyədə iki həftəlik turistik səfərdə olan alman cütlük məscidlərdə hər gün azan oxunduğu üçün məhkəməyə müraciət edərək təzminat tələb ediblər.

Xalq.az-ın xəbərinə görə, cütlük, turizm agentliyinin onlara vəd etdiyi sakitliyi və rahatlığı əldə edə bilmədiklərini iddia ediblər.

Hannover mhəkəmsi isə bu cür iddialarda nümunə təşkil edəcək bir qərara imza atıb.

Türkiyədə gündə 5 dəfə azan oxunduğunu bildirən məhkəmə bunun ölkənin səciyyəvi ənənəsi olduğunu qeyd edərək cütlüyün iddiasını təmin etməyib. Məhkəmə həmçinin şəhər mərkəzində dincəlmək istəyənlərin azan səsinə hazırlıqlı olmasının labüd olduğunu vurğulayıb.