Almaniyada Azərbaycanlılar vəzifəyə seçildi

7
Almaniya tarixində ilk dəfə olaraq bu ölkədəki seçkili orqana azərbaycanlılar seçilib.

Almaniya-Azərbaycan Drezden Cəmiyyətinin sədri Ağahüseyn Babayev APA-ya açıqlamasında bildirib ki, mayın 25-də Drezden bələdiyyəsinə keçirilən seçkilərin nəticəsinə əsasən seçilən 16 nəfərdən 3-ü azərbaycanlı olub.

Nəticələrin ötən gün açıqlandığını deyən A. Babayev qeyd edib ki, seçilən azərbaycanlılar Azərbaycan diasporu tərəfindən irəli sürülən namizədlərdir. Bunlar əslən Azərbaycandan olan Almaniya vətəndaşları Azad Məmmədov, Ferman Levenfus və Anjelina Mixayilovadır: “İlk dəfə olaraq, özü də böyük say çoxluğu ilə azərbaycanlıların yerli idarəetmədə təmsil olunması bizim üçün ciddi yenilikdir və böyük ümidlərimiz var”.

A. Babayevin sözlərinə görə, 16 nəfərdən ibarət idarəetmə orqanına başqa heç bir qeyri-alman, o cümlədən namizədliklərini vermələrinə baxmayaraq, ermənilər də seçilə bilməyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə APAHolding “Azərbaycandan kənardakı azərbaycanlılar…” adlı layihə çərçivəsində Almaniya və Belçikadakı diaspor təşkilatları ilə görüşlər keçirir.