Almaniyada konfrans zamanı pis bir xəbər aldım

qanira_pashayefa

Millət vəkili Qənirə Paşayeva ermənilər tərəfindən vurulan Tovuz sakininə görə narahat olduğunu bildirib. ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə sosial şəbəkədəki profilində yazan millət vəkili bunları bildirib:

“Almaniyada konfrans zamanı pis bir xəbər aldım. Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq bu gün təxminən saat 18.00 radələrində Əlibəyli kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Adil Vəkil oğlunu vurublar və o çiyin nahiyəsinin dəlib keçən güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Rayonun baş həkili Paşa Muradov ilə danışdıq. Çox şükr həkimlərimizin yardımı nəticəsində 28 yaşlı Adil Musayevin həyatını xilas etmək mümkün oldu. Bir az əvvəl Adilin özü ilə danışdım. Allaha çox şükr ki yaxşılaşır və ona keçmiş olsun diləklərimi söylədim. Həkimlərimiz qısa zamanda onun tam sağlamlığına qovuşması üçün əllərindən gələni edəcəklərini dedilər.

Beynəlxalq təşkilatlar və onların Bakıdakı ofisləri Ermənistan Silahlı Qüvvələrinin dinc, sivil insanlara qarşı törətdiyi bu cür hadisılərə reaksiya verməlidirlər. Təssüf ki Ermənistanın hər zaman qeyri-insanı addımlarına, hərəkətlərinə reaksiya verməyən təşkilatlardan bunu gözləmək aşırı optimizm olardı. Təssüf ki onlar bu məsələdə obyektivliklərini çoxdan itiriblər…”