Almaxanım Tacikistanda konsert verdi — FOTO

VI Muğam Müsabiqəsinin qalibi Almaxanım Əhmədli Tacikistanın paytaxtı Düşənbədə solo konsert proqramıyla çıxış edib.
XALQ.AZ xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş konsert proqramı saat yarım davam edib. Gənc xanəndə saytımıza açıqlamasında bildirib ki, konsertdə Tacikistan və Azərbaycanın dövlət rəsmiləriylə yanaşı, xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri də iştirak ediblər:

“Kosnertdə “Cəngi” Folklor Ansamblının və Mədəniyyət Nazirliyinin xəttiylə getmişdik.

Konsertimiz çox yüksək səviyyədə keçdi. “Şeş Makom” muğam festivalında oxuduğum “Qarabağ şikəstəsi” isə gözlədiyimdən də yüksək səviyyədə qarşılandı. Konsertdən sonra Tacikistanın Dövlət Televiziyasına müsahibə verdim. Tacikistandakı səfirimiz Həsən Məmmədzadəylə də görüşümüz oldu”.

Qeyd edək ki, A.Əhmədli 2017-ci ildən AzTV-nin solisti, eyni zamanda Azərbaycan Milli Konservatoriyasının solo oxuma fakültəsinin tələbəsidir.

 

 

Orxan