AMEA-da geniş iclas

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağı başlayıb.

XALQ.AZ Report-a istinadən xəbər verir ki, yığıncaqda akademik Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva və digər rəsmi şəxslər iştirak edirlər.

Öncə tədbir iştirakçıları Akademiyanın fəaliyyətini əks etdirən elmi naliyyətlər sərgisi ilə tanış olublar.

Yığıncaqda Elmi nailiyyətlər sərgisi nümayiş olunacaq, ötən ildə Akademiyada müxtəlif istiqamətlərdə görülən işlər, reallaşdırılan layihələr haqqında məlumat veriləcək, AMEA Rəyasət Heyətinin elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək, o cümlədən Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatları təqdim ediləcək.