AMEA-nın ümumi yığıncağı keçirilir — FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı başlayıb.

 

XALQ.AZ xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edirlər.

Yığıncaqda AMEA-nın prezidenti, vitse-prezidentləri və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək.

Qeyd edək ki, hazırda AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. O, bu vəzifəyə 2013-cü ildə seçilib.

Rəyasət Heyətinin üzvləri akademiklər – Akif Əlizadə, İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Rasim Əliquliyev, Əhliman Əmiraslanov, Teymur Kərimli, Nərgiz Axundova, Dilqəm Tağıyev, akademik Fəxrəddin Qədirov, Nazim Məmmədov, İsmayıl Hacıyev və Fuad Əliyevdir.

AMEA-nın vitse-prezidentləri isə İ. Quliyev, İ. Həbibbəyli, T. Nağıyev və D. Tağıyevdir.

Vitse-prezidentlər Rəyasət Heyətinin yeni tərkibindən seçiləcək.


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində akademiyanın Ümumi yığıncağı keçiriləcək.

saat 10.00-da başlayacaq yığıncaqda AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək, AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinləniləcək.

Tədbirdə Nizami Gəncəvi adına Qızıl medal və AMEA-nın Adlı mükafatlarının təqdimatı da olacaq.

Orxan

 

 

 

Orxan