AMEA-nın yeni Rəyasət Heyəti seçilib – SİYAHI

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirlib.

XALQ.AZ  xəbər verir ki, yığıncaqda Rəyasət Heyətinin yeni tərkibi seçilib.

Eyni zamanda Akademiyanın bölmələrinin akademik katibləri də seçilib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qurumun akademik katibi seçilib.

Akademiyanın Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibi Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik katibi isə Teymur Kərimli olub.

AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev və AMEA Gəncə Bölməsinin sədri Fuad Əliyev seçiliblər.

Nərgiz Paşayeva, İradə Hüseynova və Bilal Bilalov həm də Rəyasət Heyətinin yeni üzvləri seçiliblər.

 

 

Orxan