AMEA-nın yeni vitse-prezidenti, akademik-katibi, həqiqi və müxbir üzvləri seçildi – TAM SİYAHI

Elmler

 

 Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA)  vitse-prezidenti və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.

AMEA-dan XALQ.AZ-a verilən məlumata görə, səsvermənin nəticələrinə görə AMEA-nın vitse-prezidenti vəzifəsinə akademik Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsinə akademik Nərgiz Axundova, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə isə akademik Nazim Məmmədov seçilib.

Bununla yanaşı, bu gün Ümumi yığıncaqda AMEA-nın 16 həqiqi üzvü və 25 müxbir üzvü seçilib.

Xatırladaq ki, AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən, elmi və ali təhsil müəssisələri tərəfindən AMEA-nın həqiqi üzvlüyünə 29, müxbir üzvlüyünə 143 namizəd irəli sürülmüşdü.

Bu gün seçilən 16 həqiqi üzvü və 25 müxbir üzvlərin adlarını təqdim edirik:

AMEA-nın həqiqi üzvləri

Soyadı, adı, atasının adı İxtisas
1 Məmmədov Yusif Əbülfət oğlu Riyaziyyat
2 Məmmədov Nazim Timur oğlu Fizika
3 Nəhmədov Ənvər Pirverdi oğlu Fizika
4 Məcidov Əjdər Əkbər oğlu Kimyəvi kinetika və kataliz
5 Feyzullayev Əkpər Əkpər oğlu Neft-qaz geologiyası
6 Qurbanov Fazil Səməd oğlu Tibb
7 Əli-zadə Validə Mövsüm qızı Botanika
8 Paşayeva Nərgiz Arif qızı Ədəbiyyatşünaslıq
9 İmanov Muxtar Kazım oğlu Ədəbiyyatşünaslıq
10 Cəfərov Nizami Qulu oğlu Dilçilik
11 Nağısoylu Möhsün Zellabdin oğlu Dilçilik
12 Səfərova Zemfira Yusif qızı Sənətşünaslıq
13 Axundova Nərgiz Çingiz qızı Tarix
14 Mahmudov Yaqub Mikayıl oğlu Tarix
15 Mustafayev Şahin Məcid oğlu Tarix
16 Baxşəliyeva Gövhər Baxşəli qızı Şərqşünaslıq

AMEA-nın müxbir üzvləri

Soyadı, adı, atasının adı İxtisas
1 Mərdanov Misir Cumayıl oğlu Riyaziyyat
2 Mehdiyeva Səlimə İbrahim qızı Fizika
3 Sadıqov Əminağa Bəhmən oğlu Kompüter elmləri
4 İbrahimov Vaqif Rza oğlu Kompüter elmləri
5 Alıquliyev Ramiz Məhəmməd oğlu İnformatika
6 Məmmədova Məsumə Hüseyn qızı İnformatika
7 İsmayılov İsmayıl Mahmud oğlu İnformatika
8 Səmədov Oqtay Əbil oğlu Radiasiya materialşünaslığı
9 Qasımov Oqtay Kazım oğlu Biofizika
10 Zeynalov Eldar Bahadur oğlu Kimyəvi kinetika və kataliz
11 Əliyev Tofiq Abbasəli oğlu Kimya (AMEA-nın Naxçıvan Bölməsi)
12 Hüseynov Dadaş Ağa-Cavad oğlu Neft-qaz geologiyası
13 Qasımov Elmar Mustafa oğlu Tibb
14 Musayev Əlişir Veys oğlu Tibb
15 Mamedov Arif Mamedoviç Fiziologiya
16 Quliyev Əlövsət Gülüş oğlu Aqrar elmlər
17 Novruzov Vaqif Seyfəddin oğlu Botanika (AMEA-nın Gəncə Bölməsi )
18 Araslı Nüşabə Həmid qızı Ədəbiyyatşünaslıq
19 Mustafayev Tehran Əlişan oğlu Ədəbiyyatşünaslıq
20 Əliyev Kamran İmran oğlu Folklorşünaslıq
21 Əlizadə Firəngiz Əliağa qızı Sənətşünaslıq
22 Qasımlı Musa Cəfər oğlu Tarix
23 İmanov Qorxmaz Cahangir oğlu İqtisadiyyat
24 Bünyadzadə Könül Yusif qızı Fəlsəfə
25 Həsənli Oruc Qafar oğlu Psixologiya ( AMEA-nın Naxçıvan Bölməsi)