AMEA prezidenti Hacıbala Abutalıbovu tapa bilmir

hacibala

 

”Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) şəhərciyinin həyətindəki fəvvarənin AMEA-nın sərəncamına verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib”. Lent.az-ın məlumatına görə, bunu açıqlamasında AMEA prezidenti Akif Əlizadə deyib.

A. Əlizadə bildirib ki, AMEA fəvvarə ilə bağlı fikrindən dönməyəcək: “Dünən də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu axtardım, tapmadım. Bizim bu məsələdə fikrimiz qətidir”.

Akademik vurğulayıb ki, bu məsələ tam həllini tapdıqdan sonra ictimaiyyətə məlumat veriləcək: ” Bu il AMEA-da uğurlu islahatlar aparılıb. Hazırda islahatlar institutlarda həyata keçirilir. İnstitutlarda müəyyən problemlər var. Onların strukturlarının prioritet istiqamətləri müəyyən edilib”.

Bəzi institut direktorlarının təyinatına gəlincə, A. Əlizadə bildirib ki, AMEA-da institutlar üzrə yaranmış vakansiylar haqqında elan ediləcək. Akademiyanın institutlarına direktor seçimi fevral-mart ayında keçiriləcək.

A. Əlizadə onu da bildirib ki, doktoranturaya qəbul imtahanları yanvarın birinci yarısında başlayacaq.