AMKF-nin Baş Katibi Avropa çempionatından danışıb

09-14 aprel tarixlərində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) böyüklərdən ibarət nümayəndə heyəti Serbiyanın Noviy Sad şəhərində keçiriləcək olan Avropa çempionatında tam heyətlə təmsil olunacaq.

XALQ.AZ  xəbər verir ki, bu barədə Karate üzrə Azərbaycan millisinin Avropa çempionatı haqqında AMKF-nin baş katibi MirHəsən Seyidov məlumat verib. Baş katib bildirib ki, Avropa çempionatından öncə milli komandanın üzvləri 10 günə yaxın müddətdə Şəki Olimpiya Kompleksində təlim məşq toplantısı keçib. Məşqlər tam formada qaydasında keçirilib. İdmançıların bəzi zədələlərinin olmasına baxmayaraq hazırlıqlarımız tamdır. Federasiya rəhbərliyi, məşqçilər və idmançılar tam tərkibdə Avropa çempionatında təmsil olunacaq.

“Ümidlərimiz böyükdür. Avropa çempionatlarında nəticələrimiz hər zaman olub, bu il də olacağına ümid edirik. İdmançılarımıza uğurlar arzu edirəm” deyə, M. Seyidov əlavə edib.

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.