“Ana günü” təsis edilsin – Deputatdan TƏKLİF

Milli Məclisin  Ailə, qadın və uşaq komitəsinin iclasında deputat Ağacan Abiyev Azərbaycanda “Ana günü”nün təsis edilməsini təklif edib.

XALQ.AZ xəbər verir ki,  deputat vurğulayıb ki, hər şey anaya olan hörmətdən başlayır, ona görə də belə bir gün təsis edilməlidir.

Komitə sədri Aqiyə Naxçıvanlı isə deyib ki, ziyalı ailələrdə belə günlər qeyd olunur: “Uşaqlar harada olursa, olsun, xüsusi günlərdə valideynlərin başına toplaşırlar. Bu ənənə var. “Ana günü”nün təsis edilməsi təklifi də maraqlıdır”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir