Ana və qızın dueti rekord qırdı (VİDEO)

Disneyin sevilən filmi “Frozen” in musiqilərindən olan “Love is an Open Door” mahnısını avtomobildə oxuyan (“playback” edən) ana və qızın videosu izlənmə rekordu qırır.

XALQ.AZ-ın məlumatına görə, 7 avqustda yerləşdirilən videoya qısa zaman müddətində 1 milyon 845 mindən çox baxış sayı olub.

Xoşbəxt ana və qızı mahnını öz aralarında bölüşürlər. Anna və Hans cütlüyünün mahnısında ana Hansı, qız isə Annanı səsləndirir.

Qeyd edək ki, bu ilin mart ayında daha bir ailənin həmin mahnını maşında ifa etmələri bu günə qədər 16 milyon izləyici toplayıb. Hər iki ifanı təqdim edirik.