Anasını vuran ildırımı videoya çəkdi (VİDEO)

Amerikada baş verə hadisə hər kəsin marağına səbəb olub.
XALQ.AZ-ın məlumatına görə, sosial şəbəkələrdə bir video yayılıb. Yayılan videoda gənc bir qızın çaxan ildırımın anasını necə vurması göstərilir.

Belə ki, ildırım çaxdığı vaxt bir qadınla qızı cib telefonu vasitəsilə video çəkirlər. Bu zaman ildırım onları vurur. Hadisədən bir neçə dəqiqə sonra qız özünə gəlir və görür ki. ildırım anasını yüngülcə yandırıb. Sonra çəkdiyi videoya baxanda, anasını ildırım vaxt çəkdiyini görür.

Xoşbəxtlikdən hər ikisinin həyatı üçün təhlükə sovuşub. Amma onların çəkdikləri video sosial şəbəkələrdə böyük marağa səbəb olub.

ANS PRESS həmin görüntüləri təqdim edir: