Aparıcı əlini maşından çəkdi – VİDEO

XALQ.AZ xəbər verir ki, daha bir iştirakçı “Maşın” şouda əlini maşından çəkib.

Aparıcı Fira Cəlilova hər iki əlini avtomobildən götürüb. Sözügedən görüntülər sosial şəbəkədə yayılıb. Aparıcı əlini qəfil çəkib, daha sonra çevrilərək əlini maşının üzərinə qoyub.

Qeyd edək ki, verilişin ilk buraxılışında meyxanaçı Ələkbər Yasamallı da əlini maşından çəkmişdi. Sözügedən görüntülər sosial şəbəkədə və mediada yayılandan sonra o, oyundan uzaqlaşdırılmışdı

 

 

Orxan