Aprel ayında 48 sm qar

Aprelin 14-də axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonları ərazisinə güclü qar yağıb.

XALQ,AZ xəbər verir ki, dağlıq yaşayış məntəqələrində qarın hündürlüyü 48 santimetrə çatır.

Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 1-6 dərəcəyədək aşağı düşüb.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, şimal bölgəsində ən çox yağıntı rayonun Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 48 santimetrdir. Qubanın Qırız kəndi ərazisində qarın hündürlüyü 28, Xaltanda 12, Qusarın Ləzə kəndində 20, Xızının Altıağac qəsəbəsində isə 16 santimetr olub.




 

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.