ARB 24 telekanalı 8 yaşını qeyd edir – VİDEO

“ARB Media Qrup”un tərkibinə daxil olan ARB 24 televiziyasının fəaliyyətə başlamasından 8 il ötür.

XALQ.AZ xəbər verir ki, 2010-cu il iyunun 1-də Tovuzda “Türkel TV” brendi ilə yeni telekanalın əsası qoyulub.

Cəbhə bölgəsinə yaxın məsafədə yerləşən kanal 2013-cü ilin noyabrından TTV brendi ilə hər saatın tamamında, 2014-ci il aprelindən isə hər yarım saatdan bir xəbər buraxılışları ilə tamaşaçıların qarşısına çıxıb. Qısa zaman kəsiyində bir sıra uğurlara imza atan kanal 2016-cı ilin sentyabr ayından ARB 24 adı ilə fəaliyyətini davam etdirir.

“ARB 24” telekanalının baş direktoru, tanınmış jurnalist, siyasi icmalçı Nadir Şəfiyevdir.

Analitik, ictimai-siyasi, iqtisadiyyat, mədəniyyət, idman buraxılışları və digər rubrikaları yayimlamaqla ölkə və dünya gündəmi barədə 24 saat xəbər verən televiziya bununla da tamaşaçılar istədiyi informasiyanı istədiyi vaxt əldə etmək imkanı qazanır.

Müasir avadanlıq və yeni rəqəmsal yayımla təchiz olunan kanal peyk vasitəsilə dünyada yayımlanır.

Birinci xəbər kanalı devizini əsas götürən şirkətin əsas prioriteti operativlik və dəqiqlikdir.

“ARB 24” Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış xəbər kanalının açılması üçün ümumrespublika televiziya yayımı üçün keçirilən müsabiqənin qalibi olub.

İnterpress.az olaraq başda telekanalın baş direktoru, tanınmış jurnalist, siyasi icmalçı Nadir Şəfiyev olmaqla ARB 24 kollektivini təbrik edirik.