Artilleriyaçılarımız 3-cü yeri tutdu

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin final mərhələsi keçirilib.

 

XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən  verilən xəbərə görə, final yarışlarının nəticələrinə görə Azərbaycan artilleriyaçıları müsabiqədə üçüncü yerə layiq görülüblər. Qaliblərin təltif olunması mərasiminin sabah keçiriləcəyi nəzərdə tutulub.

 

 

 

Orxan