Arzu Əliyeva oğlu ilə kinoteatrda – FOTO

 

Arzu Əliyeva oğlu ilə kinoteatrda - FOTO

Prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva bu gün öz oğlu ilə birlikdə “Cinema Plus Amburan Mall” kinoteatrlar şəbəkəsini ziyarət edib.

XALQ.AZ xəbər verir ki, bu barədə “Report”a “Cinema Plus”dan məlumat verillib.

Qonaqlar “The Boss baby” animasiya filmini izləyiblər və filmdən zövq alıblar.

Qeyd edək ki, “Cinema Plus Amburan Mall” Bilgəh qəsəbəsində, “Amburan Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşir. Kinoteatrda üç zal və beynəlxalq standartlara cavab verən 164 oturacaq var. Zallar İspaniya istehsalı olan yüksək keyfiyyətli və rahat kreslolarla təchiz edilib.

Bundan başqa, “Cinema Plus Amburan Mall”da Master Image 3D texnologiyasından istifadə edilir.

Arzu Əliyeva oğlu ilə kinoteatrda - FOTO