Arzu Əliyevanın toy görüntüləri (FOTO)

A-1

Prezidentin qızının toyundan yeni fotolar yayılıb.

XALQ.AZ-ın məlumatına görə, sosial şəbəkədə Nərgiz Paşayevanın qızlarına məxsus səhifədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın toyunda çəkilən fotolar paylaşılıb. 3 il əvvələ aid görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb və fotoşəkillər haqqında xoş sözlər yazıblar.

Qeyd edək ki, Arzu xanım Rusiyada tanınmış iş adamı, Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradıcılarından olan Aydın Qurbanovun yeganə oğlu Səməd Qurbanovla ailəlidir. Cütlüyün toyu 2011-ci il sentyabr ayının 3-də olub. Onların bu evlilikdən Aydın adlı bir oğlu var.

Səməd Qurbanov Moskvada doğulub və böyüyüb, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunu bitirib. Hazırda ailə biznesi ilə məşğul olur. Arzu Əliyeva isə İngiltərədə təhsil alıb. O, dörd dildə sərbəst danışır, xeyriyyəçiliklə məşğul olur və Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiyalarda iştirak edir.

Sözügedən şəkillərini sizə təqdim edirik:

A-2

A-3

A-1