Arzu Rəhimov qəbul keçirdi

arzu

 

Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Sumqayıt şəhərində Sumqayıt, Abşeron, Qubadlı, Şuşa, Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

XALQ.AZ məlumat verir ki, qəbulda 25 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, eləcə də övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Scroll to top