“ASAN” və “ABAD” Azərbaycanın brendlərinə çevrilib

““ASAN” və “ABAD” Azərbaycanın pozitiv simasının göstəricisidir. Bu strukturlar bu gün ölkənin brendlərinə çevrilib”.

XALQ.AZ azvision-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestudis Yankauskas deyib. Onun sözlərinə görə, Aİ bu layihənin təməlində dayandığına görə şaddır:

“Avropa İttifaqı bu layihələrin lap başlanğıcından burada olduğundan xoşbəxtdir. Bu layihəni dəstəkləyirik, amma onun uğuru əsasən təyinatından və ideyasından asılıdır. Bu layihələrin ümumi konspeti olduqca səmərəli və gözəldir – K.Yanskauskas bildirib.

Səfir bu cür layihələrin insanların xidmətlərə çıxışının daha asan olmasını təmin edərək inkişafına və nəticə qazandıracağına ümidvar olduğunu vurğulayıb.

RƏSUL