“ASAN xidmət”in yeni sədri kimdir? – DOSYE

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni sədr təyin olunub. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Ülvi Mehdiyev bu vəzifəyə təyinat alıb.

XALQ.AZ  Ülvi Mehdiyevin dosyesini təqdim edir:

Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib.

2005-2006-cı illərdə hərbi xidmətdə olub.

2006-2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb.

Ü.Mehdiyev 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib.

2012-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, iki övladı var.

İngilis, rus dillərini bilir.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.