“ASAN Xidmət”in yeni sədri kollektivə təqdim edildi

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yeni sədri Ülvi Mehdiyev kollektivə təqdim olunub.

XALQ.AZ xəbər verir ki, yeni sədri kollektivə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov təqdim edib.

Xatırladaq ki, Ülvi Mehdiyev Azərbaycan Prezidentinin 2018-ci il 27 aprel tarixli Sərəncamı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin olunub.

Elgün