ASAN xidmət regionlarda fəaliyyətə başlayır

 

47

Səyyar ASAN xidmətin zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobusları 1 aprel tarixindən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaq.

Bu barədə Xaq.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan xidmət) mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, dekabr ayına qədər Səyyar ASAN xidmət vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Səyyar ASAN xidmət vasitəsi ilə aprel ayında aşağıdakı məntələrdə müvafiq rayonların sakinlərinə xidmət göstəriləcək:

1-10 aprel tarixində Qazax rayonunda Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinə;

1-12 aprel tarixində Xırdalan şəhərində Abşeron rayonun sakinlərinə;

14-23 aprel tarixində Ağstafa rayonunda Ağstafa, Qazax, Tovuz rayonlarının sakinlərinə;

16-25 aprel tarixində Hacıqabul rayonunda Hacıqabul rayonunun sakinlərinə;

27 aprel – 8 may tarixində Tovuz rayonunda Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinə

29 aprel-8 may tarixində Kürdəmir rayonunda Kürdəmir rayonun sakinlərinə.

Qeyd edək ki, dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin ediməsi, vətəndaş məmnunluğuna nail olunması Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədidir.