“ASAN”dan daha bir yenilik

84

 

“ASAN Xidmət”və “Təmiz Şəhər” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Lent.az-ın məlumatına görə, əməkdaşlıq layihəsinin məqsədi Bakı şəhəri ərazisində fəaliyyət göstərən bütün “ASAN Xidmət” mərkəzlərində tullantıların idarə edilməsi sisteminin qurulması, tullantıların üç növ üzrə ayrı-ayrılıqda yığılması və daşınması, ən əsası “ASAN xidmət” müştərilərinin məlumatlandırılaraq bu prosesə cəlb edilməsidir.

Layihə çərçivəsində “ASAN Xidmət”-in Bakıda fəaliyyət göstərən 3 mərkəzində tullantıların kağız, plastik şüşə və qarışıq tullantı növləri üzrə ayrı-ayrılıqda toplanması üçün müxtəlif rəngli tullantı konteynerləri və izahedici stendlər quraşdırılıb, layihənin mahiyyətini və faydalarını müştərilərə izah edən təşviqat materialları hazırlanıb.