ASGA sədri ATƏT-in tədbirində internet mediadan danışacaq

sabuhi

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media eksperti Səbuhi Abbasov 12-15 oktyabr tarixlərində Avstriyada “İnternet azadlığı konfransı: İnternet-medianın rolu və vəzifələri” adlı konfransda iştirak edəcək.

XALQ.AZ məlumat verir ki 12-15 oktyabr tarixlərində Avstriyada “İnternet azadlığı konfransı: İnternet-medianın rolu və vəzifələri” adlı tədbir baş tutacaq. Dünya ölkələrində internet-medianın hazırkı durumunun müzakirə olunacağı konfrans ATƏT-in təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə media sahəsində dünya ölkələrinin ünlü simaları bir araya gələrək internet medianın bugünkü rolundan, mövcud problemlərindən danışacaqlar. İnternet-media ekspert kimi orada ölkəmizdə bu sahədə aparılan işlərin obyektiv təqdimatını etmək niyyətindəyəm. Hesab edirəm beynəlxalq tədbirlərdə iştirak və məruzə həm də ölkəmizin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir”

Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşır. QHT sədri, həmçinin, səfər çərçivəsində Avstriyada və Macarıstanda bir sıra işgüzar görüşlər keçirəcəyini qeyd edib.

Scroll to top