Aşıq Azərlə vida mərasimi keçirilir — FOTO

Bu gün 35 yaşında vəfat edən aşıq Azər Xanlaroğluyla vida mərasimi keçirilir.

XALQ.AZ xəbər verir ki, sənətkarın yaxınları, sənət dostları onu Badamdardakı evindən son mənzilə yola salırlar.

A.Xanlaroğlu Badamdar qəbristanlığında atasının yanında dəfn ediləcək.

Qeyd edək ki, uzun müddətdir hepatit xəstəliyindən əziyyət çəkən aşıq Azər Xanlaroğlu ötən gün səhhətindəki problemlə bağlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada komatoz vəziyyətinə düşüb.

 

 

Orxan