AŞPA Azərbaycan nümayəndə heyətinin yeni üzvlərini təsdiqlədi

Azərbaycan Milli Məclisinin (MM) Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin boşalan 2 yerinə təklif olunan namizədlərin adları təsdiqlənib.

 

XALQ.AZ xəbər verir ki, MM-dən  verilən məlumata görə, AŞPA nümayəndə heyətinin tərkibinə namizədliyi irəli sürülən deputatlar Naqif Həmzəyevin və Çingiz Qənizadənin namizədliyini qəbul edib.

Onların AŞPA-nın iyunun sonunda keçiriləcək yay sessiyasında iştirakı gözlənilir.

Qeyd edək ki, MM-in AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rövşən rzayev və Vüsal Hüseynov müvafiq olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri və Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.

 

Orxan