AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

 

aspa_yay_sessiya_azvision.az

Avropa Şurası Parlament Assambleyasının(AŞPA) 24-28 aprel tarixlərində Strasburqda keçiriləcək yaz sessiyasının ilkin gündəliyi açıqlanıb. XALQ.AZ AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, sessiyada Türkiyədə demokratik institutların fəaliyyəti, Şimali Qafqazda insan haqlarının vəziyyəti, miqrant qadın və uşaqlarla bağlı   müzakirələr aparılacaq.  Sessiya çərçivəsində Yunanıstan prezidenti Prokopis Pavlopoulos, Avropa Şurasının baş katibi Turbyorn Yaqland, Kiprin xarici işlər naziri  İoannis Kasoulides çıxış edəcək və deputatların suallarını cavablandıracaqlar. Avropa Şurasının insan haqları komissrı  Nils Mujinikes illik  hesabatını təqdim edəcək.

Həmçinin, Avropada  ksenofobiya, antisemitizm və islamofobiya dair debat olacaq.