Astan İbişovun başı nəyə qarışıb?

 

74

Masallı təhsil şöbəsinin müdiri uşaqlara savad verməkdən daha çox, heyvandarlığa üstünlük verir

Masallı təhsil şöbəsinin müdiri Astan İbişovun yarıtmaz fəaliyyəti nəticəsində rayonda təhsilin səviyyəsi bərbad vəziyyətə düşüb. Xalq.az-a verilən məlumata görə, şöbə müdiri əsasən pul yığmaq və şəxsi işləri ilə məşğul olmaqdır. Üstəlik, onun üçün təhsilin səviyyəsini qaldırmaq da maraqlı deyil.

Məlumatlarda vurğulanır ki, Astan İbişov təhsildən daha çox, şəxsi heyvandarlıq sahəsini genişləndirmək barədə düşünür. Deyilənlərə görə, özünə ferma yaradan təhsil şöbəsinin müdiri qısa müddətdə Masallıda ən böyük heyvandarlıq kompleksi qurmağa çalışır. Onun hətta broyler, dənizqırağı kəndlərdə fermalar yaratmaq niyyətində olduğu da vurğulanır.

Xalq.az-a verilən məlumata görə, bu işləri reallaşdırmaq üçün Astan İbişova ciddi maliyyə vəsaiti lazımdır. Bunun üçün də onun orta məktəb müəllimləri və direktorlarından total şəkildə pul yığdırdığı deyilir. Bildirilir ki, şöbə müdiri bu pulları müxtəlif adlar altında toplatdırır. Sentyabrda isə məktəbli geyimindən tutmuş jurnala qədər hər şeyi satmaqla əldə etdiyi pulun qarşılığında arzuladığı işləri həyata keçirə biləcəyi bildirilir.