Astara fermerləri – bu il bol məhsul əldə olunacaq

astara1

Astara rayonunda çəltik biçininə başlanıb. Xalq.az  SİA-a istinadən  xəbər verir ki, bir neçə gündür ki, Astaradakı çəltik sahələrində biçin işləri aparılır. Bu məqsədlə sahələrə biçin üçün texnikalar cəlb olunub. Havaların əlverişli keçməsi, eləcədə düzgün aqrotexniki qulluq məhsuldarlığın artmasına səbəb olub. Belə ki, əgər ötən il hər hektardan 65.4-sentner məhsul gtürülmüşdüsə, bu il çəltikçilər hər hektardan 70-75 sentener məhsul əldə edirlər.

Müştəri sarıdan korluq çəkmədiklərini deyən fermerlər bildirirlər ki, dövlət tərəfindən çəltik əkininə görə hər hektara 80-manat subsidiyanın ayrılması son illər fermerlərin bu sahəyə marağını xeyli artırıb. Belə ki, ağır zəhmət tələb edən çəltikçiliklə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri ötən il 215 hektar sahədə çəltik əkini keçirmişdilərsə, bu il bu rəqəm 250 hektara çatdırılıb.

Ötən il olduğu kimi, bu il idə ən çox çəltik əkini rayonun Səncərədi ərazi icra nümayəndəliyində keçirilib. Burada daha çox «Haşimi», «Həsəni», «Sədri» , «Xəzər», “Çin” və “Şaban” növündən olan çəltik əkilib.

Çəltik beçərənlər bu sahədə yüksək məhsuldarlıq əldə etmək, məhsulun maya dəyərini aşağı almaq üçün elit toxumların əkilməsini və mini texnikadan istifadə edilməsinin vacibliyini qeyd edirlər.