Astarada əmək yarmarkası keçirilib

 

05
Xalq.az xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Xanverdi Şirinov, Astara Rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürov və başqaları ölkəmizdə yoxsulluğun azaldılması və yeni iş yerlərinin açılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat vermiş, iş axtaran vətəndaşların məşğulluğunun təmin edilməsində əmək yarmarkalarının əhəmiyyətindən danışmışlar.
Rayonun 22 idarə, müəssisə və təşkilatlarından əmək yarmarkasına 179 vakant iş yeri çıxarılmışdır. İş yerlərinin 137-si dövlət, 42-si isə özəl təşkilatlar tərəfindən təqdim edilmişdir.
Əmək yarmarkasında iştirak edən 60 işaxtarana göndəriş verilmiş, onlardan 53 nəfəri işlə təmin olunmuşdur.