Astarada 9 ayın yekunlarına dair iclas keçirilmişdir

8

 

2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu.

Oktyabrın 22-də Astara rayon İcra hakimiyyətində Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Şura iclası keçirilmişdir.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şura iclasında qeyd etmişdir ki, oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclasdakı geniş nitqində ölkədə 9 ayda qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini, bütün makroiqtisadi göstəricilərin yüksək səviyyədə olduğunu xüsusi vurğulamışdır. İqtisadiyyatımız 9 ay ərzində 5,4 faiz, qeyri-neft sektoru 10,4 faiz artmışdır. Kənd təsərrüfatı 5 faiz, əhalinin pul gəliri 7,6 faiz artmış, inflyasiya cəmi 2,3 faiz olmuşdur.

Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətinə görə 39-cu yerdədir.

Bu ilin 9 ayında ölkə iqtisadiyyatına 17.7 milyard dollar investisiya qoyulmuşdur. Bunun 10.5 milyardı daxili investisiyalardır. İl ərzində 25 milyard investisiya qoyuluşu gözlənilir. Valyuta ehtiyatları artaraq 49.4 milyard dollar təşkil edir.

Son 10 il ərzində maaşlar və pensiyalar dəfələrlə artırılmışdır. Beləliklə yeni sosial proqramların həlli daim diqqət mərkəzindədir.

Təkcə bu ilin 9 ayında 200-ə yaxın məktəb binaları əsaslı təmir edilmişdir. 90 minə yaxın yeni iş yerləri açılmışdır.

Regional inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlər uğurla icra olunmuş, Respublikanın  bütün rayonlarında sürətli inkişaf, quruculuq-abadlıq işləri hər yerdə geniş vüsət almışdır. Rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır, işsizlik aradan qaldırılır. Son 10 il ərzində 1 milyon iki yüz mindən  çox iş yeri açılmışdır. Ondan 910 mini daimi iş yeridir. Bu dövrdə 2708 məktəb, 500-ə yaxın tibb ocağı, 40-a yaxın olimpiya idman kompleksi, 14 elektrik stansiyası, 7 aeroport, 10 min kilometrə yaxın avtomobil yolları tikilib istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Respublikanın bütün rayonlarına, o cümlədən Astara rayonuna ardıcıl səfərləri və bu səfərlər zamanı mühüm əhəmiyyətli sosial obyektlərin açılışında şəxsən iştirak etməsi, ictimaiyyət nümayəndələri ilə səmimi görüşləri, verdiyi tapşırıq və tövsiyələri rayon sakinlərinin hədsiz sevincinə və işgüzarlığının artmasına səbəb olmuşdur. Xüsusilə, səfərlər zamanı əhalini narahat edən problemlərin həlli ilə bağlı  edilən müraciətlər əsasında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar imzaladığı sərəncamlar, rayonda tikinti-quruculuq, abadlıq işlərinin aparılmasına  və Astaranın gündən-günə abadlaşması və gözəlləşməsinə şərait yaratmışdır.

Astaraya səfərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev                12 sentyabr  2013-cü il tarixli Sərəncamları ilə Astara rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə 2 milyon manat və  12 min əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası  Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayırmışdır.

Möhtərəm Prezidentimiz qısa müddətdə imzaladığı sərəncamlarla rayonumuza                20 milyon manata yaxın vəsait ayırmışdır. Bu vəsaitlə şəhər, qəsəbə və kəndlərimiz abadlaşdırılmış, kəndləri birləşdirən yollar asfaltlaşdırılmış, yaşayış məntəqələrinin qazlaşdırılması təmin edilmiş, mühüm sosial obyektlər tikilib əhalinin istifadəsinə verilmişdir. Görülən işlər əhalinin sosial-məişət, maddi-rifah halının, ümumilikdə onların güzəranının daha da yaxşılaşmasında mühüm rol oynamışdır.

Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, ötən prezident seçkiləri ilə müqayisədə seçicilər daha yüksək əhval-ruhiyyədə siyasi fəallıq göstərərək xalqımızı xoşbəxt gələcəyə, inkişafa, tərəqqiyə aparan ən layiqli namizədə sevimli prezidentimiz cənab İlham Əliyevə təkrar ümumxalq məhəbbətini ifadə etmiş yekdilliklə ona səs  vermişlər.

Şura iclasında qeyd olunmuşdur ki, Rayonda da 2013-cü ilin doqquz  ayında sosial-iqtisadi sahədə də nəticələr   uğurlu olmuşdur. Xüsusilə, tikinti-quruculuq və yol-abadlıq işlərinin aparılması diqqətdə saxlanılmışdır.

2013-cü ilin astaralılar üçün ən əlamətdar və uğurlu olması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” imzaladığı 15 iyul 2013-cü il tarixli Sərəncamı olmuşdur. Bu sərəncamla 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi–Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının asfaltlaşdırılması üçün 3,3 milyon manat vəsait ayrılmışdır. Qısa müddət ərzində həmin yaşayış məntəqələrini əhatə edən 17,5 km yolun asfaltlaşdırılması başa çatdırılmışdır.

Möhtərəm Prezidentimizin 4 sentyabr 2013-cü il tarixdə həmin yolun açılışında şəxsən iştirak  etməsi rayon ictimaiyyətinin hədsiz sevincinə səbəb olmuş, bu qayğı və diqqətinə görə ölkə rəhbərinə dərin  minnətdarlıqlarını bildirmişlər.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin   rayonumuza səfəri, ictimaiyyətimizin nümayəndələri ilə səmimi və mehriban görüşü, dərin məzmunlu çıxışı, bir sıra mühüm obyektlərin açılışda iştirakı astaralıların qəlbində dərin qürur və sevinc duyğuları yaratmışdır. Astaralılar bu tarixi səfərin hər bir anını böyük fəxrlə xatırlayır və rayonumuza göstərdiyi bu qayğı və diqqətdən hədsiz fərəh və minnətdarlıq hissi keçirirlər. Rayonumuza səfər edən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoymuş, abidənin yerləşdiyi parkda aparılmış abadlıq quruculuq işləri ilə tanış olmuşdur. Ərçivan-Şuvi-Alaşa-Qapıçımıhəllə avtomobil yolunun, Rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin, Sərhədçilər üçün tikilən 6 mərtəbəli yaşayış evinin və Ərçivan qəsəbəsində “Astara Boks Kompleksi”nin açılışlarında iştirak etmiş, tapşırıq və tövsiyələrini vermişdir. Rayon ictimaiyyəti ilə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev son dövrdə Astara rayonunda görülən işlə