ASTARADA BAYRAM KONSERTI KEÇIRILIB

Astara şəhərindəki Heydər Əliyev Parkında Ümumilli Liderin 90 illik yubileyinə həsr olunmuş bayram konserti keçirilib.

SİA-nın Sənub bürosunun verdiyi məlumata görə, Azad Azərbaycan Televiziyasının layihəsi ilə gerçəkləşən konsertdə respublikamızın tanınmış müğənnilləri, Xalq artistləri Faiq Ağayev, Simarə İmanova, Famil Cəfərov, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı, Səməd Səmədov və “İsmət” qrupu ifasında bir-birindən rəngarəng musiqi sədaları eşidilib.

Konsertdə rayon sakinləri ilə yanaşı, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Astara şəhərində baş tutan Beynəlxalq elmi konfransın iştirakçıları-Rusiya, Türkiyə, Hindistan və Özbəkistan, həmçinin respublikamızın tanınmış elm xadimləri iştirak ediblər.

Axşam saatlarınadək davam edən konsert proqramı bayram ətəşfəşanlığı ilə başa çatıb.