Astarada futbol məktəbi açılmışdır

as

Astara Olimpiya İdman Kompleksində açıq uşaq əyləncəli futbol məktəbinin açılış mərasimi keçirilmişdir.
Xalq.az  xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Beynəlxalq Uşaq Əyləncəli Futbol Məktəbinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə 2001-2006-cı il təvəllüdlü uşaqlar futbol etüdlərini nümayiş etdirmiş, futbol qrupları arasında yoldaşlıq görüşləri keçirilmişdir.
Yeniyetmə futbolçulara idman geyimləri, top və sertifikatlar verilmişdir.