Astaralılar İlham Əliyevi dəstəkləyir

30

 

Astara rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin seçki qərargahının üzvləri rayonun Şuvi kəndində seçicilərlə görüşüb. SİA-nın məlumatına görə, görüşdə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov, Milli Məclisin deputatı Aslan Cəfərov və akademik Sudeyf İmamverdiyev çıxış edib.

Tədbirdə qeyd olunub ki, ölkə prezidenti İlham Əliyev bu ölkənin və xalqın ən böyük inam yeridir, ona görə də xalq bu seçkilərdə də taleyini müdrik və vətənsevər bir siyasi liderə etibar edəcək.

Görüşdə iştirak edən seçicilər də İlham Əliyevin rəqibsiz olduğunu, növbəti dəfə də prezident seçkilərində səslərini ona verəcəklərini bildiriblər.