“Atamın dəfninə gedə bilmədim”

Xalq artisti Gülyanaq Məmmədova atasının dəfnində iştirak etməyib.

XALQ.AZ xəbər verir ki, sənətçi bunu “5/5” verilişində deyib. O, həmin vaxt Vyanada konsert verdiyini söyləyib:

“Atam 84 yaşında dünyasını dəyişdi. Yatdığı yerdə ölüb. İnfarkt keçirib. Sadəcə təəssüf edirəm ki, yanında olmadım. Dəfninə də gələ bilmədim. Burda atam dəfn olunurdu. Mən Avstriyada saat yarımlıq solo konsert oxumalı idim. Dövlət tədbiri idi. Avstriya vətəndaşları, səfirlər, dövlət adamları bu konserti gözləyirdi. Bizə təşəkkür etdilər ki, heç kəs bu vəziyyətdə çıxıb konsert verməzdi”.

Xatırladaq ki, Gülyaz-Gülyanaq Məmmədova bacılarının atası martda dünyasını dəyişib.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir