Avropa ölkələri arasında olan viza tələbləri ləğv ediləcək

6

 

 

Milli Məclisin  keçirilən iclasında “Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirlməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Qanun layihəsi müzakirə edilib. AZADİNFORM xəbər verir ki, layihəyə münasibət bildirən MM-in komitə sədri Səməd Seyidov Azərbaycan ilə Avropa İttifaqı ölkələri arasında olan viza tələblərinin sadələşdirilməsinin ölkəmizin daha da inkişaf etməsində mühüm rol oynayacağını deyib.

“Hazırda Avropa İttifaqı ölkələri Azərbaycana daha da yaxınlaşmağa çalışır. Azərbaycan tərəfi də Avropa ölkələri ilə olan əlaqələri daha da inkişaf etdirir. Biz indi ölkəmiz ilə Avropa ölkələri arasında olan viza tələblərini sadələşdirməyə çalışırıq. Ancaq bir neçə il sonra Azərbaycan ilə Avropa ölkələri arasında olan viza tələbləri tamamilə ləğv ediləcək”.

Sonda qanun layihəsi səsverməyə çıxarılaraq qəbul ed