Avropa Şurasının baş katibi Bakıdakı yanğına görə başsağlığı verib

Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Bakının Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğında insanların ölməsi ilə əlaqədar başsağlığı verib.

XALQ.AZ report-a istinadən xəbər verir ki, T.Yaqland bəyanatında Bakıda baş verən yanğın nəticəsində ölən insanların olması ilə bağlı faciəvi xəbərlərdən sarsıldığını bildirib.

“Öz adımdan və Avropa Şurası adından ölənlərin ailələrinə, Azərbaycan hökumətinə və Azərbaycan xalqına başsağlığı diləyirəm. Bu faciəli anda Avropa Şurası Azərbaycan xalqının yanındadır”, – bəyanatda deyilir.

RƏSUL