Avropada “zibileşən” canlı “ÖLÜLƏR”

 

 

Bir neçə müddət bundan əvvəl axşam saatlarında dostlarımdan biri mənə zəng etdi ki, səhifələrdən birində sənin şəklini yerləşdiriblər və şərh bölməsində də sənin şərəf və ləyaqətinə təhqiredici ifadələrdən istifadə edirlər. Həmin səhifəyə daxil olub məlum paylaşımla tanış oldum ki, səhifə mənim haqqımda heç bir məntiqə uyğun olmayan, həqiqəti zərrə qədər də əks etdirməyən, sırf  Yeni Azərbaycan Partiyasının fəallarındanam deyə haqqımda əssasız, faktsız böhtan xarakterli cümlələr yazıb. Birincisi, heç kimi onun siyasi, dini baxışlarına, əqidəsinə, mənsub olduğu siyasi partiya və təşkilata görə tənqid etmək yolverilməzdir. Bu gün mən iqtidarı dəstəkləyirəmsə niyə mövqeyi olmayan əqidəsiz damğası vurulmalıdır mənə?!  “Sabah” mənim mənsub olduğum partiya müxalifətdə təmsil olunsa mən yenə də prinsipial mövqeyimi ortaya qoyaraq mənsub olduğum partiyanın maraqlarını müdafiə edəcəyəm. Amma Avropada məskunlaşmış bir qrup azğınlaşmış beyinsiz məxluqlar nəinki tənqid hətta vulqar ifadələrlə zəngin cümlələri tam gücü ilə əleyhimizə istifadə edirlər.

Belə bir sual meydana gəlir: Kimdir bunlar? Avropada məskunlaşıb Prezidentin, onun ailəsinin ünvanına təhqrimaz ifadələrdən istifadə edən, xalqı alçaldan bu vətən xainlərinin maliyyə qaynağı haradır bəs?

Avropada oturub xalqımız əleyhinə anti-təbliğatla məşğul olan bu canli “ölülər” Dağıdıcı müxalifətin dirijor çubuğu  və erməni lobbisinin təsiri altında olan təşkilatların maliyyəsi ilə hərəkət edərək Avropanın müxtəlif şəhərlərində küçələri sülənib normal ağlın və məntiqin qəbul edə bilmədiyi çirkin əməllərin sahibləri ictimaiyyətimizin nifrətini qazanmaqla yanaşı, getdikcə həm də lağ, gülüş obyektinə çevrilirlər. Cəmiyyətin çox böyük qismi Orduxanların, Turalların, Məhəmmədlərin əsl simasını, xislətini gözəl dərk edir. Bu təfəkkürsüz varlıqlara inananlar isə radikal müxalifətin əsas qanadı olan AXCP, “Milli” şuranın ətrafında birləşən cəhalətin qurbanı olan marginal qruplaşmalardır. Hansı ki, onlar bu anti-milli ünsürlərin guya “hakimiyət xalqı təhqir edir” məntiqsiz, arqumentsiz şüarına inanırlar. Amma təbii ki, xalq arasında heç bir dayağı, dəstəyi olmayan, erməni lobbisinin, antiazərbaycan dairələrinin maliyyəsi hesabına fəaliyyət göstərən bu şəxslərin xalqdan alacağı heç bir dəstək yoxdur. Çünki Azərbaycanda güclü xalq iqtidar birliyi, xalqla hakimiyyət rasında vəhdət, həmrəylik heç bir zaman bu antimilli ünsürlərin öz çirkin ambisiyalarını həyata keçirməyə imkan verməz!

P.S. Bir neçə gün öncə Ermənistanın əsas separatçılarından olan Bako Saakyanın Vaşinqtonda səfəri və konqresdə bir neçə görüş keçirdiyi zaman bir neçə “maskalanmış” vətən xainləri Amerikanın Ermənistandakı səfirliyi qarşısında aksiya keçimək əvəzinə ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirdilər…

 

Cəbrayıl Fərzəliyev