Avropalı qonaqlar Şəhidlər xiyabanını ziyarət edib

XALQ.AZ xəbər verir ki, Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyəti iyunun 8-də Şəhidlər xiyabanını ziyarət edib. 
Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Orxan