Avropanın ən dindar xalqı

Dindar

Avropanın ən dindar xalqı məlum olub.

XALQ.AZ-ın məlumatına görə, Avropa İttifaqının (Aİ) Sosial Araşdırma departamentinin 19 ölkədə aparılan araşdırmasına əsasən, yunanlar ən dindar xalq hesab olunub.

Yunanların 75 faizi dindar hesab olunur, 46,2 faizi isə mütəmadi ibadət edirlər. Bu rəqəmlər katoliklər və protestant ölkələrində daha azdır.

Katolik ölkələrində 25,4 faiz mütəmadi ibadət edir, protestant ölkələrində isə bu rəqəm 17,9 faizə bərabərdir.