Avtomobil almaq istəyənlərə şad xəbər – VİDEO

Qarşıdakı aylarda avtomobillərin qiyməti ucuzlaşacaq. Bu ucuzlaşma özünü ikinci əl avtomobillərdə göstərəcək. Ekspertlər belə avtomobillərin qiymətinin 10-15 faiz enəcəyini bildirirlər.

XALQ.AZ xəbər verir ki, bu praqnozla əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov çıxış edib. Onun sözlərinə görə, qiymətlərin ucuzlaşmasına əsas səbəb hazırki vəziyyətdə alıcılıq səviyyəsinin aşağı olmasıdır. Ekspert qeyd edir ki, qiyməti 10 min manata qədər olan avtomobillərin qiyməti təxminən 1000-1500 manata qədər düşəcək.

Dəyəri 20 min manat civarında olan avtomobillərə əsasən taksi bazarında tələbat olduğu üçün qiymətlər nisbətən stabil olaraq qalacaq. Yeni avtomobillərin qiymətinin ucuzlaşması isə proqnozlaşdırılmır.

Ekpsert həmçinin onu da bildirib ki, hazırda avtomobil bazarında bəzi satıcılar qiymətləri süni şəkildə artırdığından proqnozlaşdırılan qiymət ucuzlaşması əslində avtomobillərin ”real baha qiymətinə” düşməsi deməkdir.

 

 

Elgün