Avtomobil bazarında qiymətlər

May ayı ərzində ənənəvi avtomobil bazarında satışlarda, eləcə də onlayn avtomobil satışlarında durğunluq müşahidə olub və bu vəziyyət hazırda da davam edir.

XALQ.AZ  xəbər verir ki, bu barədə trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

Ekspert maşın bazarındakı durğunluğu yay fəslinin gəlməsi, Ramazan ayı və digər amillərlə əlaqələndirib: “Yeni taksi şirkətləri yarandıqca ucuz avtomobillərə ehtiyac çox idi, lakin indi bu bazar da dolub. Bu da öz növbəsində, durğunluğa təsir edir”.

Onun sözlərinə görə, yaxın aylarda da durğunluğun davam etməsi gözlənilir.

V.Hüseynov bildirib ki, maşın bazarında durğunluğun olmasına baxmayaraq, qiymətlərdə azalma müşahidə olunmayıb, əksinə, bəzi avtomobillərin qiymətində bir qədər artım var:

“Avtomobil bazarında əsas söz sahibi “maşın alverçiləri”dir. Onlar üçün də avtomobilin qiymətini aşağı salmaq əlverişli deyil. Düşünürlər ki, “ucuz satmaqdansa, gözləyim”. Ona görə də bazarda qiymətlər enmir”.

 

 

Orxan


Comments are closed.